Aktual

“Meymunçiçəyi virusu Azərbaycanda yayılmayacaq, ona görə ki…” – Mütəxəssisdən AÇIQLAMA

“Meymunçiçəyi virusu Azərbaycanda yayılmayacaq, ona görə ki…” – Mütəxəssisdən AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın bəzi ölkələrində yayılmaqda davam edən meymunçiçəyi virusunun geniş yayıla bilməsi, pandemiyaya çevrilməsi insanlarda narahatlı doğurur.

Sfera.az xəbər verir ki, mövcud narahatlıqlara aydınlıq gətirən tibb elmləri doktoru, professor Musa Qəniyev adıçəkilən virusun insandan-insana ötürülmə ehtimalının aşağı olduğunu deyib:

“Meymunçiçəyi Mərkəzi Afrika ştammında tamamlayıcı fiksasiya zülalını kodlayan gen qısalıb. Qərbi Afrika ştammında isə bu gen ümumiyyətlə yoxdur. Bu hal iltihabı reaksiyanı tətikləyən virus proteininin aktivliyinə əhəmiyyətli dərəcədə təsir göstərərək, yoluxmuş insanlarda limfadenopatiyaya meyilliliyi artırmaqla, virusun virulentliyinin azalmasına səbəb olur. Odur ki, belə xəstələrdə limfopatiya, bəzi tədqiqatçıların söylədiklərinin əksi olaraq, hətta virusun patogen fəallığının azalmasının göstəricisi kimi dəyərləndirilməlidir. Bunu  Mərkəzi Afrika ştammı ilə müqayisədə, Qərbi Afrika ştammına tutulanların sayının az, ölüm halının isə, ümumiyyətlə qeydə alınmaması da təsdiq edir.

Digər tərəfdən, Mərkəzi Afrika ştammında interferona dözümlülük göstərən substruktur vahid- elF-2а-ni kodlayan ОРТ C3L qeni inaktiv, Qərbi Afrika ştammında isə, supressiv vəziyyətdədir. Eləcə də, interferona dözümlülük göstərən DAI-kinasanı kodlayan ОРТ F3L geni də qısalmışdır. Bu genom dəyişikliyi virusun insan orqanizmində artıb-çoxalmasının zəiflədiyi və onun hava-damcı yolu ilə insandan-insana ötürülməsinin dəfələrlə süstləşdiyini sübut edir”.

Mütəxəssis virusun ölkəmizdə yayılmayacağını da sözlərinə əlavə edib:

“Meymunçiçəyi virusunun genom quruluşunun hətta bu qısa təhlili belə, virusunun potensial fəallığının, hətta adi fəsli infeksiyalardan yüksək olmadığını söyləməyə əsas verir. Virusa yoluxmanın hazırkı artımı isə nisbi, lakin qanunauyğun haldır. Dəfələrlə söylədiyim kimi, COVID-19-la bağlı dünyada tətbiq olunmuş uzunmüddətli sərt karantin tədbirlərinin nəticəsi olaraq, makroorqanizm və viral infeksiyalar arasında yaranmış və müəyyən müddətə qədər davam edəcək, bioloji birgəyaşayış prinsipinin pozulması ilə əlaqədardır. Hazırda meymunçiçəyi virusuna dünyanın 19 ölkəsində 135 yoluxma halı qeydə alınsa da, mütləq yoluxma 1/100000 faiz nisbətində olduğundan, onun kütləviləşərək yayılma ehtimalı sıfır faizdir. Bizim ölkəmizdə isə keçən ilin payızında təkrar olaraq sərt karantinə gedilmədiyindən bu ehtimal hətta sıfırın altındadır.

Odur ki, nə stressə düşmək, nə gərginlik keçirmək, nə də gələcəyə ümüdsüz baxmağa heç bir əsas yoxdur”.