Ölkə

Ceyhun Bayramov Səmərqənddə Mirziyoyevlə görüşdü

Ceyhun Bayramov Səmərqənddə Mirziyoyevlə görüşdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şövkət Mirziyoyev ilə görüşüb.

7Times.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X”-də paylaşım edib.

Görüş Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyası çərçivəsində baş tutub.

Ceyhun Bayramov Özbəkistanı bu mötəbər qlobal toplantının uğurlu ev sahibliyi və əla təşkilatçılığı münasibətilə səmimi qəlbdən təbrik edib.