Meyxanaçı Rüfət Nasosnunun dəvət edildiyi bağça dövlətə məxsus deyil, özəldir.
7times.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, BŞİH özəl bağçalarda baş verənlərə cavabdeh deyil.
Bildirilib ki, ümumiyyətlə, dövlət bağçalarında pandemiya ilə əlaqədar tədbirlərin keçirilməsi, kimlərinsə dəvət olunması qadağandır.
Qeyd: Meyxanaçının dəvət edildiyi bağça “Nuray” uşaq bağçasıdır. Bağçada R.Nasosnunun “Bağışla” mahnısı xorla ifa olunub. Bu, sosial şəbəkələrdə etirazla qarşılanıb, uşaqların belə mahnılarla tərbiyə olunması yolverilməz hesab edilib.
Follow @7timesaz