Cəmiyyət

Mingəçevirdə orta məktəb binasında yanğın oldu – FOTO

Mingəçevirdə orta məktəb binasında yanğın oldu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir şəhər 17 nömrəli tam orta məktəbin binasında yanğın olub.

“Report”un məlumatına görə, yanğın təhsil ocağının istifadə edilməyən korpusunda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (FHN DYMX) Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, alovun ətrafa yayılmasının qarşısı alınıb.

Hadisənin başvermə səbəbi araşdırılır.