Moldova parlamentinin sədri İqor Qrosu Azərbaycana səfər edəcək.
7Times.az xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidməti bildirib.
Məlumata əsasən, İ.Qrosu Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə Bakıya səfər edəcək. Səfər fevralın 21-dən 23-dək baş tutacaq.
Azərbaycanın parlamenti ilə dostluq qrupunun üzvü olan deputat Vitali Jakot da spikerlə birlikdə Azərbaycana səfər edəcək.
Səfər zamanı İ.Qrosu Sahibə Qafarova, Baş Nazir Əli Əsədov və Moldova diasporu ilə görüşəcək.
(trend)
Follow @7timesaz