Qarabağ

Moskvanın Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsi üçün heç bir səbəb yoxdur

Moskvanın Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsi üçün heç bir səbəb yoxdurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə Ermənistan tərəfdən cəlb olunmasına heç bir səbəb görmürəm.

7times.az bildirir ki, bunu Trend-ə rusiyalı ekspert Stanislav Pritçin Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə göstəriləcək köməyin növü və həcmi ilə bağlı məşvərətlərə başlamaq müraciətini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, N.Paşinyanın bu cür müraciəti həmin münaqişədə Ermənistanın işlərinin çox da yaxşı getmədiyini göstərir:

“Rusiyanın bu məsələdə mövqeyi kifayət qədər aydındır. Əgər həqiqətən Ermənistan üçün bilavasitə təhdid varsa, Rusiyanın münaqişəyə cəlb olunmasına hüquqi əsasları olacaq. Qalan digər hallarda Rusiyanın müdaxiləsi üçün heç bir səbəb yoxdur”.