Siyasət

“Moskvaya yaltaqlanmağınız yetər” – İsraildən Rusiya ilə münasibətləri dəyişmək tələb edildi

“Moskvaya yaltaqlanmağınız yetər” – İsraildən Rusiya ilə münasibətləri dəyişmək tələb edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki ölkə arasında münasibətlərdə əsas manelər Fələstin problemi və İsrailin Rusiyaya qarşı loyal münasibətidir…”

ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri və Dövlət katibi İsraili ziyarət edəcək…
İsraili ABŞ hökuməti ilə açıq qarşıdurmayadək asan olmayan münasibətlər gözləyir.
7Times.az  xəbər verir ki, bu barədə xarici informasiya agentliklərinə və Co Bayden administrasiyasında anonim mənbələrə istinadən “Vesti” nəşri yazıb.
İlk əngəl İsrailin hərbi-siyasi kabinetinin 6 yanvar 2023-cü ildə Fələstin Muxtariyyətinin əleyhinə onun BMT Beynəlxalq Məhkəməsinə müraciət edərək “İsrail işğalının” araşdırılması tələbi ilə çıxış etməsinə cavab olaraq saksiyaların qəbul etməsi ola bilər.
Əgər İsrail hökuməti Fələstin Muxtariyyətinə qarşı belə sərt siyasətə əl atırsa, ABŞ əks istiqamətdə hərəkət edərək, muxtariyyətə humanitar yardım üçün 2022-ci ilə nisbətən daha çox vəsait ayırır.
Üstəlik, Fələstin Muxtariyyəti miıli administrasiyasının bir sıra yüksək vəzifəli nümayəndələrinin Ağ evə səfərləri gözlənilir.
İsrail ilə ABŞ arasında münaqişə üçün daha bir amil yəhudi dövlətinin Rusiyaya münasibətidir.
Gözlənilir ki, yanvarın sonunadək ABŞ prezidenti Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sellivan və ABŞ Dövlət katibi Entoni Blinken İsraili ziyarət edəcək və hər ikisi eyni çağırışla gələcək.
Onlar İsrail hökumətini Rusiya ilə yaxınlaşmamağa, “ona yaltaqlanmaqdan vaz keçməyə”, xüsusilə İran və Rusiyanın hərbi əməkdaşlığı fonunda bunlara inandırmaq niyyəyindədir.
Xəbər verildiyi kimi, yanvarın 2-də İsrailin yeni xarici işlər naziri Eli Koen idarənin əməkdaşları ilə ilk işçi görüşünü keçirərək, Ukraynada davam edən müharibə fonunda bu münasibətlər mövzusuna toxunub.
“Biz açıq şəkildə bu mövzuda daha az  danışacağıq. Biz müvafiq siyasi xətt işləyib hazırlayacağıq. İstənilən halda humanitar yardım davam edəcək”, – Koen deyib.
Yanvarın 3-də Koen rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb. Söhbət zamanı o, Rusiyada yəhudi icmasına aid məsələlərə toxunub və Entoni Blinkenin məktubunu çatdırıb.
Fevralın 24-dən İsrail və Rusiya XİN rəhbərləri arasında bu, ilk təmasdır. Bayden hökuməti Netanyahu koalisiyası ilə toqquşmadan yan keçməyə var gücü ilə cəhd edir.
Ağ ev dəfələrlə bəyan edib ki, Netanyahu hökumətinə şəxslərə görə deyil, əməllərinə görə qiymət verəcək.
Bayden Netanyahunu təbrik edərək, fələstinlilər barədə xatırlatmağı da unutmayıb. Bayden bəyan edib ki, ABŞ Fələstin-İsrail münaqişənin həlli naminə iki xalq üçün iki dövlət yaradılması prinsipinə sadiqdir və bu prinsipi dəyişdirmək cəhdlərinə qarşı çıxacaq.
Rusiya və İsrail XİN rəhbərlərinin söhbətindən sonra Moskvada razılıq, Kiyevdə narazılıq ifadə edilib.