Manşet

Müasir Azərbaycan antroponimik sistemində kişi və qadın adları –  Müqbil, Bəşarət, Sidqi, Qızana

Müasir Azərbaycan antroponimik sistemində kişi və qadın adları –  Müqbil, Bəşarət, Sidqi, Qızanabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şəxs adları müxtəlif xüsusiyyətlərə malik
olan leksik kateqoriyalardandır. Mövcud şəxs adlarının
əsas xüsusiyyətlərindən ən başlıcası kişi və qadın adlarını
bildirməsidir. Bu xüsusiyyətə görə müasir Azərbaycan
şəxs adları üç qrupa bölünür: kişi adları, qadın adları, kişi
və qadın üçün müştərək işlənən adlar.

1) Azərbaycan dilində kişi adları

Əsrlərin məhsulu olaraq Azərbaycan dilində forma və
məzmunca müxtəlif kişi adı yaranıb ümumi bir sistemin formalaşmasına gətirib çıxarmışdır. Müasir Azərbaycan dilində kişi adlarının mənzərəsini aşağıdakı şəkildə vermək olar:

Abbas, Abbasqulu, Abbasəli, Abdulla, Abizər, Abgül, Abuzər,
Abutalıb, Aqil, Aqşin, Ağa, Ağababa, Ağabəy, Ağabəşir,
Ağaqardaş, Ağaqurban, Ağadadaş, Ağadayı, Ağazal, Ağazeynal, Ağazəki, Ağayar, Ağayunus, Ağayusif, Ağakazım, Ağakərim, Ağagül, Ağalar, Ağamalik, Ağamahmud, Abı, Abış, Azay, Alış, Alov, Alı, Amil, Arslan, Afad, Ağacan, Aydəmir, Ayxan, Amal, Aran, Ağamirzə, Ağamurad, Ağamusa, Ağanemət, Ağanəbi, Ağanəzər, Ağarəsul, Ağarəfi, Ağarəhim, Ağarza, Ağasadıq, Ağasalah,Ağasəlim, Ağasəlman, Ağasəməd, Ağasərxan, Ağasəf, Ağası, Ağasultan, Ağasüleyman, Ağafateh, Ağaxan, Ağahəsən,
Ağahüseyn, Ağacəfər, Ağəli, Ağami, Adil, Adilgəray, Adıgözəl,
Adışirin, Azad, Ayaz, Aydın, Akif, Alay, Alim, Alışan, Altay,
Alxaz, Anar, Araz, Arzuman, Arif, Aruz, Atalar, Ata, Atabəy,
Atakisi, Ataməli, Atamoğlan, Ataxan, Ataş, Atif, Afər, Aftandil,
Aşur, Baba, Babakisi, Babaxan, Babaş, Babək, Bağı, Bağır, Bayram, Bakir, Bala, Balabəy, Balağa, Baladadaş, Zeynəddin, Zöhrab, Zülal, Ziyaəddin, Zabil, Zaid, Zamir, Zahir, Zəkəriyyə, Ziya, Ziyad, Zirəddin, Zülqərni, Zülfüqar, İbad, İbadulla, İbrahim, İbrahimxəlil, İqrar, İqbal, İdris, İzzətəli, İkram,
İgid, İlqar, İlyas, İlkin, İltifat, İlham, İbiş, İdris, İzətulla,
İmaməddin, İrşad, İsaq, İsaməddin, İltizam, İman, İnanc, İntizam, İmaməli, İmran, İnqilab, İntiqam, İrfan, İsa, İsi, İsgəndər, İsmayıl, İslam, İsmixan, İsrail, İsrafil, İsfəndiyar, İftixar, Yanar, Yavuz, Yaqub, Yalçın, Yaralan, Yarməmməd, Yasin, Yaraşıq, Yasir, Yunis, Yasif, Yaşar, Yədulla, Yəmən, Yəhya, Yusif, Yüzbaşı, Yasəf, Yenilməz, Yüksəl, Kazım, Kamal, Kamaləddin, Kamandar, Kamil, Kamran, Kələntər, Kamyab, Kəriş, Kənan, Kəramət, Kərəm, Kərəməli, Kərim, Kərimağa, Koroğlu, Gəray, Göyüş, Gülağa, Güləli, Gülçin, Gümrah, Gümüş, Ləyaqət, Lətif, Loğman, Lütfəli, Lütfiyar, Leysan, Maarif, Maqsud, Mayis, Mayıl, Məlik, Manaf, Mansur, Mahir, Mahmud, Mehdi, Mehdiqulu, Mehman, Məbud, Mədəd, Məlik, Məlikəjdər, Məlikəhməd, Məlikməmməd, Məlikheydər, Məlikcümşüd, Məmməd, Məmmədağa, Məmmədbağır, Məmmədəli, Məmmədiyyə, Məmmədkərim, Məmmədnəbi, Məmmədnəsir, Məmmədrəsul, Məmmədsadıq, Məmmədxan, Məmmədhəsən, Məmmədhüseyn, Məmmədcəfər, Mənsur, Mərdan, Məsi, Mətləb, Mail, Merac, Mehrac, Mehbala,
Mehbalı, Mehralı, Mehmanyar, Mehrəli, Məzahir, Məmmədhənifə, Məsrur, Məsud, Məsum, Məfruz, Məhi, Məşədi, Midhəd, Mikayıl, Mirabbas, Mirdaməd, Miri, Mirzağa, Mirzə, Mirzəhəsən, Mirzəhüseyn, Misir, Möhüb, Möhsüm, Murad, Muradəli,Muradxan, Murtuz, Musa, Mustafa, Muxtar, Mübarək, Mübariz, Mübaşir, Müqbil, Müqtədir, Müzəffər, Mülatif, Mürsəl, Mürşid, Müseyib, Müslüm, Mütəllib, Mütəllim, Müxlis, Müştaq, Müşfiq, Mövlud, Mövsüm, Munis, Murtuza, Mümtaz, Məqsəd, Misirxan, Məcrud, Mətin, Məharət, Məcnun, Mirzəmi, Məhəmməd, Məhərrəm, Məcid, Mənun, Müsafir, Müsahib, Müşavir, Nağı, Namiq, Nazim, Naib, Naim, Namaz, Namazəli, Natiq, Nafiq, Nahib, Neman, Nemət, Nemətulla, Nəbi, Nəzər,  Nəzərəli, Nəriman, Nəcib, Nəsir, Nazil, Nasir, Nasil, Nasih, Nəcif, Nəcməddin, Nəzləddin, Nuru, Nuşirəvan, Nüsrətulla, Nizam, Nəsrəddin, Nəsrulla, Nəcəf, Nəcəfqulu, Nizaməddin, Nizami, Niyaz, Niftəli, Niftulla, Nihad, Nicat, Novruz, Novruzəli, Nurəddin, Nurəli, Nurlan, Nurulla, Nuhbala, Nüsrət, Nofəl, Nurad, Nuh, Niyazi, Oqtay, Oğul, Orduxan, Oruc, Orucəli, Ozan, Orxan, Osman, Ocaqverdi, Ocaqqulu, Özdəmir, Ölməz, Ömər, Övsət, Ötkəm, Paşa, Pənah, Pərviz, Pirverdi, Pirqulu, Pirməmməd, Poladxan, Pirəli, Piri, Pirim, Polad, Peyman, Raqib, Ramazan, Ramiz, Ramil, Rasim, Razi, Rais, Ramid, Ramin, Rasəddin, Rauf, Rafiq, Rahib, Rəzzaq, Rəmzi, Rahil, Rahim, Rəfiq, Ruzbeh, Rəsib, Rəsul, Rəfail, Rəfi, Rəhim, Rəhman, Rəcəb, Rəcəbəli, Rəşad, Ruslan, Raci, Rəşadət, Rəşid, Rza, Rzaqulu, Rizvan, Rövşən, Ruhulla, Rüstəm, Rüfət, Sabir, Sabit, Sabutay, Savalan, Sadıq, Sayad, Sarvan, Sahib, Sevindik, Seymur, Seyfəl, Seyfi, Seyfulla, Səadət, Sədyar, Səid, Saib, Seyid, Seyran, Seyfəddin, Sədri, Səbuhi, Sədi, Sədrəddin, Sədulla, Səyyar, Sərvət, Siracəddin, Səyavuş, Səyab, Səlim, Səlman, Səməd, Səməndər, Sənan, Sərvər, Sərdar, Sərxan, Səttar, Səfa, Səfər, Səfərəli, Səfi, Səfiqulu, Səftər, Səhhət, Simnar, Sirac, Süleyman, Söhbət, Söhrab, Sücaəddin, Sədri, Saday, Salman, Samit, Samid,
Sabil, Sevdik, Sevdimalı, Sevindim, Sədra, Səyyar, Sərxan, Səfər, Sidqi, Simurğ, Sirdaş, Sulduz, Surxay, Sübhi, Sönməz, Tağı, Talib, Tamerlan, Tanrıverdi, Tapdıq, Tariyel, Tahir, Tacəddin, Teyyub, Teymur, Telman, Təvəkkül, Təyyar, Tale, Tarxan, Teyfur, Təhmas, Timurçin, Türbət, Təməl, Tələt, Tərxan, Təhmasib, Təhməz, Təhsin, Toğrul, Tokay, Tofiq, Turab, Tural, Turan, Uğur, Uruz, Uğuz, Umud, Urfan, Ucal, Üzeyir, Ülfət, Ümid, Ülvi, Ürfan, Faiz, Fazil, Faiq, Fariq, Fariz, Fateh, Feyzi, Feyzulla,
Fəqan, Fəzli, Fərəməz, Fərzəli, Fərac, Fərid, Fail, Faris, Faruq,
Feysəl, Fəyyaz, Fərəculla, Fərhan, Fərrux, Fərhad, Fətəli, Fəttah,
Fətulla, Fəxrəddin, Fəxri, Fikrət, Firdovsi, Firudin, Firuz, Feyruz,
Fuad, Füzuli, Faxir, Fəda, Fərzənd, Fövzi, Xaq
Xalıq, Xanbaba, Xandadaş, Xanəli, Xanəmi, Xanəhməd, Xanlar,
Xanoğlan, Xansuvar, Xasay, Xasməmməd, Xaspolad, Xeybər,
Xaqani, Xalid, Xalis, Xan, Xankişi, Xanbala, Xanqulu, Xanlar,
Xası, Xeyri, Xeyrulla, Xəzər, Xəyyam, Xələf, Xəlil, Xəndan, Xıdır,
Xosrov, Xudaverdi, Xudad, Xudayar, Xudu, Xurşud, Xürrəm,
Xətib, Habil, Haqverdi, Hadi, Hacağa, Hacəli, Hacı, Hamid,
Həbibulla, Harun, Hafiz, Həsənbala, Həsənqulu, Həsənəli,
Halay, Hatəm, Hacıməmməd, Haşım, Heybət, Heydər, Həbib,
Həzi, Həmzə, Həmid, Həsən, Həsənağa, Həsi, Hörmüz, Hünər,
Hüsaməddin, Hidayət, Hümmət, Hüseyn, Hüseynağa, Hüseynbala,
Hüseynqulu, Hüseynəli, Hüsü, Hüsni, Çərkəz, Çapay,
Çingiz, Cabbar, Cabir, Cavad, Cavanşir, Cavan, Cavid, Cəmaləddin,
Canəli, Cahangir, Cahid, Ceyhun, Cəbi, Camo, Cahanbaxş,
Comərd, Cuma, Cümşüd, Canlar, Cəbrayıl, Cəlal, Cəlil,
Cəmşid, Cəmil, Cənnətəli, Cəfər, Cəfərqulu, Cığatay, Coşqun,
Cövdət, Cavidan, Cəsarət, Cəsur, Şaban, Şaiq, Şakir, Şamil,
Şəmsəddin, Şəmsi, Şamxal, Şahbaz, Şahvələd, Şahin, Şahmar,
Şahmərdan, Şahpələng, Şövqi, Şahlar, Şahmur, Şahsuvar, Şahid,
Şəmsəddin, Şəkərəli, Şəmsi, Şəmşir, Şənlik, Şərafəddin, Şərif, Şərifulla, Şəhriyar, Şirvan, Şirzad, Şirəli, Şubay, Şükür, Şücaət,
Şıxı, Şöhrət, Şücaətdin.

Təxmini hesablamalara görə, müasir Azərbaycan ədəbi
dilində 1000-ə qədər kişi adı işlənir. Kişi adlarının başlıca
xüsusiyyəti mərdlik, cəsarət, igidlik, möhkəmlik və s. kimi
mənalar əsasında yaranmaqdan ibarətdir. Məsələn, Polad,
Mətanət, Dəyanət, Vüqar, Aslan, Atəş, İldırım, Dəmir, Mübariz,
Qalib, Qorxmaz, Qüdrət, Qədir, Dönməz, Əzəmət, Zabit, İgid,
İnqilab, İntiqam, Yenilməz, Hünər, Cahangir, Rəşadət, Cəsarət,
Cəsur, Comərd və s. adlar bu qəbildəndir.

Kişi adlarının yaranmasında xalqın istək və arzusu,
sevinci, kədəri də müəyyən dərəcədə öz əksini tapmışdır.
Məsələn, Sevindik, Tapdıq, Alim, Vüsal, Qürbət, Dilək, Dilənçi,
Dönüş, Əhsən, Amin, Murad, Mübarək, Salam, Səadət, Tale
Ucal, Ümid, Şöhrət, Yadigar və s. adların mənasında həmin
anlayışlar özünü göstərir.
Bir sıra kişi adları başqa dillərdən hazır şəkildə alınmış
və onlar indi də dilimizin antroponimik sistemində
məhsuldar şəkildə işlənir. Məsələn, Əhməd, Əli, Abbas, Abdulla,
Qasım, Məmməd, Məhəmməd, İdris, Musa, Vəli, Bəhram,
Valeh, Bəşir, Əjdər, Əvəz, Əsəd, Vaqif, Asif, Vasif, Vəkil, Vələd,
Qüdrət, Qafar, Əkrəm, Əyyub, Əsgər, Zahid, İsmayıl, Yunis,
Yasin, Maqsud, Məcid, Məhərrəm, Mikayıl, Ramiz, Rəşid və s.
adlar bu tiplidir.

2) Azərbaycan dilində qadın adları

Qadın adları kişi adları ilə bərabər meydana çıxmışdır.
Lakin qadın adları mənasına görə kişi adlarından fərqli xüsusiyyətlərə malikdir.
Müasir Azərbaycan ədəbi dilində istifadə olunan qadın
adlarına xas olan başlıca cəhətlərdən biri bu növ adların,
əsasən, zəriflik, mülayimlik, gözəllik arzusunun ifadə
olunması əsasında yaranmasıdır. Müasir Azərbaycan antroponimik sistemində qadın adlarının mənzərəsi aşağıdakı
şəkildədir:

Abhəyat, Ağabanu, Ağabəyim, Ağca, Azadə,
Aidə, Aybəniz, Aygün, Ayna, Aynur, Aysel, Aytən, Ayxanım,
Alagöz, Abuhəyat, Adilə, Ağcabəniz, Ağgül, Ağgün, Ağazadə,
Aygül, Aytəkin, Akifə, Alimə, Aycamal, Ayşə, Anacan, Aliyə,
Amalya, Anaxanım, Arəstə, Aruzə, Arifə, Asiyə, Atəşin, Atlas,
Afaq, Afət, Afərdə, Afəq, Afiyət, Ağtab, Amilə, Asimə, Anaqız,
Afina, Aşura, Aybikə, Aydagül, Aydan, Ayəndən, Aymələk,
Aynisə, Aynişan, Aynurə, Aysəba, Aysimə, Aysurə, Ayulduz,
Ayçöhrə, Bağdagül, Badisəba, Balaxanım, Balacaxanım, Ballı,
Banıçiçək, Bədirnisə, Bədürə, Bəyim, Banu, Bədirə, Bəşirə, Bəyimxanım, Bəyaz, Bəsirə, Bətulə, Bəşarət, Bibixanım, Bikə, Bikəxanım, Bilqeyis, Bircə, Bircəxanım, Böyükxanım, Bağça, Badamgül, Bəhərçin, Baha, Bəhiyyə, Bəhri, Bəhriyyə, Bəhruzə, Birgül, Bircəgül, Validə, Vahidə, Vəsilə, Vəsifə, Vəzuhə, Vəsmə, Vəcihə, Vüsalə, Varisə, Vəfan, Vəzifə, Vəsfiyyə, Qaratel, Qəzalə,
Qəmzə, Qədriyyə, Qələm, Qəşəng, Qızana, Qızılgül, Qəmərgül,
Qəmərçin, Qaragilə, Qaragöz, Qəndil, Qiymət, Qismət, Qönçəgül,
Qəndab, Qənirə, Qərənfil, Qətibə, Qızxanım, Qönçə, Qumaş,
Qumru, Qəmər, Dərya, Dəstə, Dəstəgül, Dilarə, Dilbər, Dilbaz,
Dilbazi, Dildar, Dostu, Diləfruz, Dilrüba, Dilşad, Dövlət, Durna,
Dürdanə, Dürrə, Darçın, Dilavaz, Dilaram, Dilək, Dilguşə,
Dünya, Dürnisə, Elmira, Elgül, Ellada, Elnarə, Elnurə, Esmira,
Elnaz, Eyzəngül, Eltac, Elçiçək, Ehtiram, Ədibə, Ədilə, Əzəmət,
Əzizə, Ələviyyə, Əmanət, Əminə, Əzimə, Əlvan, Əsmayə,
Əsmət, Ətiqə, Əntiqə, Əsginaz, Əsli, Əsmər, Ətayə, Əsməgül
Ətir, Əfifə, Əfruz, Əfiqə, Əfşan, Əhlinaz, Ənisə, Ərkinaz, Əsligül,
Ətirşah, Jalə, Zabitə, Zahirə, Zeynəb, Zəkiyyə, Zəminə, Zərqələm, Zərəfşan, Zərifə, Zərnigar, Zərnişan, Zakirə, Zalxa,
Zahidə, Zeybə, Zəmirə, Zərəngiz, Zibaxanım, Zərintac, Zəhra,
Ziba, Zivər, Zinət, Zöhrə, Zübeydə, Züleyxa, Zülfiyyə, Zaidə,
Zanbaq, Zərinə, Zərif, Zərçiçək, Zemfira, Zərgül, Zərli, İlhamə,
İnsaf, İntizar, İlahə, İncə, İnci, İradə, İsmizər, İsminaz, İffət,
İqlimə, İncəgül, Yazgül, Yaxşı, Yetər, Yaxşıxanım, Yeganə, Yenigül, Yəmən, Yaxşıçiçək, Yazçiçək, Yaraşıq, Yaxşıgül,
Kamilə, Kəbirə, Kəbutər, Kifayət, Kəramət, Kərimə, Kəhrəba,
Kişvər, Kövkəb, Kövsər, Könül, Kübra, Kəmalə, Gövhər, Göyçək,
Gülarə, Gülbəniz, Gülabatın, Güləndam, Gülər, Gülzar, Güllü,
Gülgəz, Gülnaz, Gülnar, Gülnarə, Gilə, Gövhərtac, Göyərçin,
Gülab, Gülbahar, Gülbəs, Gülbiyyə, Güldanə, Güldəstə, Gülsəfa,
Gülər, Gülşəkər, Güləşər, Güləfşan, Gülzadə, Gülziba, Gülmayə,
Gülnanə, Gülnisə, Gülnurə, Gülsarə, Gülsima, Gülsona, Gözəl,
Gülsolmaz, Gültamam, Gültən, Gülüzə, Gülrux, Gülsüm,
Gültəkin, Gültamam, Gülüstan, Gülüş, Gülxanım, Gülxar,
Gülçin, Gülçöhrə, Gülcamal, Gülşən, Günay, Günel, Güntəkin,
Güney, Gülşad, Gülçöhrə, Gülyaz, Gülyanaq, Gülgün, Güllər,
Gültac, Gülü, Gülcahan, Günəş, Günnur, Gülənbər, Gülaram, Gülçiçək,Güldərən, Gülçəmən, Gülxar, Gilas, Gülavaz, Gülay,
Gülafət, Gülbadam, Gülbuta, Gülqədəm, Gülqız, Gülqönçə,
Laləzar, Lamiyə, Leyla, Laləgül, Leyli, Laləçiçək, Lumiyyə, Ləyaqət, Ləman, Lətafət, Lətifə, Lütfiyyə, Mailə, Mahirə, Mahrux,
Mahtaban, Meyransa, Mehparə, Mehriban, Mədinə, Məlakə,
Məlahət, Məleykə, Mələk, Maya, Mayisə, Mənsurə, Mahzar,
Mahtab, Mehrəngiz, Mehri, Mənzər, Mərhəmət, Mərcan, Məsmə,
Məsumə, Mətanət, Məfkurə, Məxmər, Məhbubə, Məhluqə,
Məhsəti, Mina, Minirə, Mənzərə, Mənzurə, Mərziyə, Mərcanə,
Məsrurə, Məsudə, Məfruzə, Məxfurə, Maygül, Mehrac, Merac,
Mehram, Mehmanə, Məlihə, Müzahirə, Mələknisə, Məlikə,
Məryəm, Məhəbbət, Məhliqa, Minayə, Mirvarid, Munisə, Mərifət,
Mübarək, Müzəyyən, Münəvvər, Minarə, Mülayim, Müslimə,
Müxlisə, Müşfiqə, Nazənin, Nazəndə, Nazimə, Nazlı, Naibə,
Naimə, Nailə, Nargilə, Nargül, Narxanım, Natella, Natəvan,
Nafizə, Nahidə, Nazirə, Nadirə, Nazilə, Nazgül, Naznaz, Nanə,
Namiqə, Narın, Narınc, Nəsirə, Natiqə, Nasih, Nəcimə, Növrəstə,
Nəzifə, Nərgiz, Nərimanə, Nəsibə, Nəsrin, Nəcibə, Nəşidə,
Nigar, Nilufər, Nisə, Nuridə, Nurdidə, Nurcahan, Nübar, Nüşabə,
Nurəngiz, Nazbikə, Nuray, Nuranə, Nurbəniz, Nurəfşan,
Nurlanə, Nurtac, Nurtəkin, Nurxanım, Pakizə, Peykər, Pərvanə,
Pərvin, Pərvər, Pəri, Pərişan, Püstə, Pərzad, Pərigül, Pəricahan,
Raziyə, Rahiyə, Ramizə, Raifə, Rabiyə, Rəmziyyə, Rəna, Rəfiqə,
Raisə, Ramiqə, Ramidə, Rasimə, Rahibə, Rahilə, Rahimə,
Reyhan, Rasidə, Ruhiyyə, Rəxşəndə, Rəhimə, Rəşidə, Rizvanə,
Ruqiyyə, Rumiyyə, Ruhəngiz, Reyhanə, Rəbiyyə, Rəsmiyyə,
Röya, Rübabə, Rüxsarə, Ramilə, Salatın, Samirə, Sara, Sabirə,
Saibə, Sayalı, Sahibə, Sabahgül, Sənubər, Sərvinaz, Səriyyə,
Sevgiyyə, Sadəgül, Salehə, Saniyə, Saçlı, Sevda, Sevər, Sevinc,
Sədaqət, Səbinə, Sələf, Səyyarə, Səkinə, Səlimə, Səltənət, Səmayə, Səmiyə, Sənəm, Selcan, Seçmə, Səadət, Səbiyyə, Səda, Səyyadə, Səfiyyə, Sidqiyyə, Siddiqə, Simurq, Sevgili, Selcan, Səba, Səliqə, Səmiyyə, Sərgül, Sərvinaz, Səhər, Səhərgül, Sonagül, Səfiyə, Sə-furə, Sima, Simuzər, Sitarə, Sovqat, Solmaz, Sona, Suğra, Sultannisə, Südabə, Sünbül, Sürəyya, Sürmə, Süsən, Sura, Sürüş, Sarıgül, Sarıtel, Sevdagül, Tamara, Tamaşa, Tamilla, Tafta, Tahirə, Teybə, Telli, Təbrik, Təbriz, Təmbir, Təranə, Teyyubə, Təzə, Təzəgül, Təliə, Tofiqə, Törə, Tuğra, Tura, Tünzalə, Təhminə, Tovuz, Tomris, Töhfə, Tubu, Tumruz, Turac, Tutu, Tükəz, Tükəzban, Türkan, Türkam, Telcan, Telnaz, Təravət, Tərgül, Tərminə, Tuba, Turanə, Türkanə, Bürünc, Ulduz, Umleyla, Ummulbanu, Ulduzə, Umcahan, Umnisə, Umxanım, Ülviyyə, Ülgəz, Üzri, Fatimə, Fatma, Fatmanisə, Fəzilə, Fərəh, Fəridə, Fəxrəndə, Faiqə, Faizə, Failə, Farizə, Farisə, Fatehə, Fidan, Fizzə, Firəvan, Firəngiz, Flora, Fəyyazə, Fəranə, Fərəhnaz, Fəxrəntac, Fəxri, Fəxriyyə, Fövqiyyə, Faxirə, Xavər, Xalidə, Xanım, Xanimana, Xatirə, Xeyransa, Xədicə, Xəndan, Xırda, Xalisə, Xanım, Xatın, Xatibə, Xanımqız, Xırdaxanım, Xoşbəxt, Xoşqədəm, Xumar, Xuraman, Xurma, Xurşid, Xürrəm, Xoşavaz, Xosgül, Xumarə, Xanımbacı,  Xanımzər, Xəyalə, Xırdagül, Xoşbəniz, Hafizə, Heyran, Həbibə, Həvva, Həqiqət, Hədiqə, Həlimə, Həmidə, Hədiyyə, Həlilə, Hilal, Həcər, Hicran, Hökümə, Hörmət, Humay, Hürzad, Hüriyyə, Hürü, Hüsniyyə, Həyat, Çəmən, Çəmənzar, Çimnaz, Çəməngül, Çinarə, Çöhrə, Cavidə, Cahan, Camalə, Cahanəfruz, Cəvahir, Cəlalə, Cəmilə, Cənnət, Cazibə, Cahantac, Ceyhunə, Şadiman, Şamama, Şəmsiyyə, Şəmsinur, Şahnaz, Şahsənəm, Şeyda, Şəlalə, Şərəbanı, Şaiqə, Şakirə, Şəbnəm, Şərqiyyə, Şərəfnisə, Şərafət, Şərifə, Şəfiqə, Şəhla, Şirmayı, Şölə, Şükufə, Şümşad, Şəfa, Şəfaət, Şəfaqət, Şəfəq, Şövqiyyə, Şadlıq, Şamilə, Şahbacı, Şahidə, Şəmnaz, Şahinə, Şəfa, Şirvanə.
Bu ümumi mənzərədən göründüyü kimi, qadın adları
kişi adlarından sayca çoxdur. Təxmini hesablamalara görə,
müasir Azərbaycan antroponimik sistemində 1200-dən çox
qadın adı işlənir.

3) Kişi və qadın üçün müştərək işlənən şəxs adları

Müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibində bir
qrup şəxs adı vardır ki, bunlardan həm kişi, həm də qadın
adı kimi istifadə olunur. Dilimizdə belə adların miqdarı
70-dən çoxdur. Belə adlardan aşağıdakıları göstərmək
olar: Arzu, Almaz, Balaca, Bahar, Bülbül, Barat, Eltac,
Vəfa, Vüsal, Dilavər, Elsevər, Etibar, Ədalət, Vilayət, Qüdrət,
Qəmər, Ziyafət, Zülfi, Zümrüd, İzzət, Könül, Yavər, Yaqut, Yadigar, Kifayət, İltifat, İnayət, İsmət, Lütfü, Laçın, Mahnur,
Mehman, Mahur, Mətanət, Məhbub, Məhəbbət, Məstan, Pərviz,
Nurqələm, Pərvin, Rəbiyyə, Seyran, Səxavət, Sədaqət, Tərlan,
Turan, Ulduz, Ülfət, Fəxri, Səməndər, Sultan, Heyran, Xoşbəxt,
Humay, Həsrət, Hənifə, Çərkəz, Cənnət, Qeysər, Camal, Şirin,
Şövkət, Şərbət, Hikmət, Hilal, Hicran, Həqiqət, Şeyda, Şəkər,
Şərəf, Şəfahət, Şəfi, Xurşid, Şaxı və s.

Qeyd edək ki, şəxs adları da, başqa sözlər kimi, xalq tərəfindən yaranıb yaşadılır. Lakin bu qrup sözlər öz əlamət və xüsusiyyətləri ilə digər qrupdan, apelyativ sözlərdən fərqlənir.

Mənbə: Azərbaycan onomalogiyasının əsasları

7times.az