Siyasət

Müdafiə Nazirliyi açıqlama yaydı: Avqustun 9-u saat 00:10-dan

Müdafiə Nazirliyi açıqlama yaydı: Avqustun 9-u saat 00:10-danbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 9-u saat 00:10-dan 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bu barədə  7Times.az–a  Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.