Maqazin

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR – FOTO

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. 

7Times.az BAKU.WS-a istinadən  xəbər verir ki, “Mtv” kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onlar adi vətəndaşlardan fərqlənmirdi. Lakin yaranan şans və istedad onları digər insanlardan fərqləndirdi.

Uzun müddətdir Moskvaya köçərək orada yaşayıb fəaliyyət göstərən müğənni Rəqsanə İsmayılova əvvəl qabyuyan işləyib.

Əməkdar artist Mətanət İsgəndərli müğənni olmazdan əvvəl Binəqədi rayonu Biləcəri qəsəbəsi dəmiryolu xəstəxanasında bufetdə işləyib.

Müğəni Sevda Yahyayeva müğənnilik etməzdən əvvəl anasının dükanında satıcı işləyib. O, piroq satıb.

Müğənni Niyam Selami tanınmazdan əvvəl fəhlə işləyib.

Müğənni Zamiq Hüseynov da həmkarı Sevda Yahyayeva kimi sənətə gəlməzdən əvvəl satıcı olaraq çalışıb.Hazırda tanınmış prodüserlərdən olan Tarix Əliyev (Tolik) əvvəllər restoranlarda ofisiant işləyib.

Məşhur aparıcılardan olan Şəhriyar Əbilov illər əvvəl restoranlardan birində mühafizəçi olaraq çalışıb.

Xalq artisti Brilliant Dadaşova məşhurlaşmazdan əvvəl qadın məclislərində musiqi alətində ifa edib.

“Rəvayət” adlı meyxanası ilə məşhurlaşan Namiq Qaraçuxurlu məşhurlaşmazdan əvvəl 8-ci kilometr bazarında satıcı işləyib.

Əməkdar artist Ədalət Şükürov sənətə gəlməzdən əvvəl rəssamlıq, rejissorluq, dizaynerlik və bizneslə məşğul olub.

Müğənni Elçin Cəfərov müğənnilik etməzdən əvvəl qardaşı ilə birlikdə Binə ticarət mərkəzində satıcılıqla məşğul olub.

Müğənni Xatirə İslam tanınmazdan əvvəl 5 il tibb bacısı olaraq fəaliyyət göstərib.

Avroviziyada həmkarı Eldar Qasımovla Azərbaycana birincilik qazandıran müğənni Nigar Camal əvvəllər iqtisadçı olub.

Xalq artisti Tünzalə Ağayeva doğulduğu Tovuz rayonunda musiqi müəllimi işləyib.

Xalq artisti Aygün Kazımova idmançı olub. O, 10-cu sinifdə oxuyarkən kapitanı olduğu qızlardan ibarət həndbol komandasından ayrılıb.

Müğənni Nadir Qafarzadə məşhurlaşmazdan əvvəl satıcı, ofisiant, aşpaz kimi fəaliyyət göstərib. O, elə aşpaz kimi işlədiyi restoranda oxumağa başlayıb.

Müğənni Roza Zərgərli isə əvvəllər prodüserlik edib. Bir çox tanınmış simalarla çalışıb.