Aktual

“Müharibə başlasa, ilk bu ölkəni vuracağıq” – Rusiya hədəfini AÇIQLADI

“Müharibə başlasa, ilk bu ölkəni vuracağıq” – Rusiya hədəfini AÇIQLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baltik dənizi sahilində Litva ilə Polşa arasında yerləşən Rusiyanın quru yolu ilə əlaqəsi olmayan torpağı Kalininqrada tranzitin bağlanması Rusiya ilə Qərbi bir-birinə qarşı qoyub.

Sfera.az xarici mediaya istinadən bildirir ki,  Rusiya lideri Vladimir Putini qəzəbləndirən bu hadisədən sonra  rusiyalı deputat Andrey Qurulyov dövlət televiziyasında Kalininqradda NATO ilə müharibə başlasa, onların vuracağı ilk hədəfin London olacağını bildirib.

 

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Litvanın Kalininqrad qərarının “düşmənçilik” olduğunu ifadə edərək, “Litvanın qərarına tezliklə cavab veriləcək. Cavabımız ciddi və Litva xalqı üçün hiss olunacaq”, deyib.

Vəziyyətin son dərəcə ciddi olduğunu vurğulayan Kremlin sözçüsü Dmitri Peskov isə “Qərar verilməzdən əvvəl dərin təhlil tələb edir. Bu təhlilin aparılması bir neçə gün çəkəcək”, ifadələrini işlədib.

 

Rusiya dövlət televiziyasında yayımlanan verilişdə iştirak edən Rusiya parlamentinin Müdafiə Komitəsinin üzvü, generalın müavini Andrey Qurulyov Kalininqrad üzərindən NATO ölkələrini qorxudub. Mümkün müharibə vəziyyətində Rusiyanın Varşavanı və Berlini hədəfə almayacağını deyib.