Aktual

Müharibə fonunda son baş verənlər – SİYAHI

Müharibə fonunda son baş verənlər – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiya-Ukrayna hərbi münaqişəsinin 68-ci günüdür.
Yeniavaz.com
 “BBC”yə istinadən müharibənin fonunda Ukraynada baş verən son hadisələri təqdim edir:
– Mariupolun cənubundakı Azovstal polad zavodundan 100-ə yaxın mülki şəxs təxliyə edilib;
– Rusiya onlarla adamın nəzarət etdiyi kəndi ələ keçirdiyini açıqlayıb;
– Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, böyük bir qrup Ukraynanın nəzarətində olan Zaparojyeyə doğru hərəkət edir;
– Polad zavodundan təxliyə edilənlər mühasirə altında yaşadıqlarını təsvir ediblər – bir qadın iki aydır günəş işığı görmədiyini söyləyib;
– Ukrayna Qvardiyası rəsmisi bildirib ki, təxliyə cəhdlərinə baxmayaraq, yüzlərlə insan hələ də polad zavodunda bunkerlərdə qalır. O əlavə edib ki, hər kəsi oradan çıxarmaq üçün daha iki səy lazımdır;
– Bu gün səhər saatlarında Ukrayna ilə şimalda həmsərhəd olan Belqorod şəhərində iki güclü partlayış baş verib. İtkilər barədə məlumat verilmir;
– Bu arada ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident Zelenski ilə görüşmək üçün Kiyevə gələn Konqres nümayəndə heyətinə başçılıq edib;
– O, “mübarizə bitənə qədər” Amerikanın Ukraynaya dəstəyini vəd edib və Konqresin Ukraynaya 33 milyard dollarlıq yardımı təsdiqləmək üçün sürətlə hərəkət edəcəyini söyləyib.