Siyasət

Müharibə ssenarisi: Hər şey bu tarixdə bitəcək

Müharibə ssenarisi: Hər şey bu tarixdə bitəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağdakı müharibə bu ay başa çatacaq. Artıq hərbi cinayətkarların üzərində Xocalı tribunalının təşkilinə başlamaq vaxtıdır”.

7times.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı tarixçi-qafqazşünas Oleq Kuznetsov deyib.

“Hərbi peşəkarların “dqr”in “müdafiə ordusu”nun son günlərini yaşadığına dair bir şübhəsi yoxdur. Azərbaycan Ordusunun Qırmızı bazardakı uğurları o qədər təsirlidir ki, əlavə qüvvə gələn kimi Şuşaya baş hücum başlana bilər. Bundan sonra təchizatı olmayan erməni qarnizonlarının kapitulyasiyasını qəbul etmək üçün Xocavənd və Laçın istiqamətlərinə hücumlar öz strateji əhəmiyyətini dərhal itirəcək və ikinci plana keçəcək”.

Kuznetsovun hesablamalarına görə, qüvvə və vəsaitin yenidən qruplaşdırılması 7-10 gün davam edəcək, sonra iki həftəyə qədər davam edəcək baş hücum olacaq. Bunun nəticəsi olaraq “dqr” terrorist kvazidövlətinin tarixinə son qoyulacaq:

“Başa düşmək lazımdır ki, Qarabağdakı separatçı-işğalçı rejim əvvəlcədən cinayətkar olub, ona görə də qınanmağı tələb edir. Hitler cinayətkarlarının üzərində Nürnberq tribunalı yalnız ona görə Nürnberqdə keçirildi ki, bu şəhər nasizmin ideoloji paytaxtı idi. Erməni nasizm ideologiyası Xocalı qətliamından sonra özünün qəti və tamamlanmış formasını tapdığına görə, erməni hərbi cinayətkarlarının üzərində hərbi tribunal da məhz o şəhərin məhkəməsində keçirilməlidir “, – deyə rusiyalı tarixçi vurğulayıb.

O qeyd edib ki, hitlerçiləri Nürnberqdə mühakimə ediblər, “artsaxçılar”ı isə Xocalıda mühakimə etmək lazımdır:

“Ona görə də mən “dqr” terror kvazidövlətinin əsas hərbi cinayətkarlarının üzərində Xocalı hərbi tribunalının təşkilinin zəruriliyindən danışıram”.