Finlandiya və İsveç eyni vaxtda NATO-ya daxil olacaq.
7Times.az “Reuters”ə istinadla xəbər verir ki, bunu iki ölkənin baş nazirləri bildiriblər.
Finlandiyanın baş naziri Sanna Marin deyib ki, Türkiyə prezidenti ona İsveçlə bağlı ölkəsindən daha çox sualı olduğunu deyib. Lakin o bu prosesdə İsveçi geridə qoymayacağına əmin edib.
“Əlbəttə, Finlandiya və İsveçin əl-ələ verib NATO-ya qoşulması bizim üçün çox vacibdir”, – deyə Marin isveçli həmkarı ilə Helsinkidə keçirdiyi birgə mətbuat konfransında jurnalistlərə bildirib.
Keçən həftə vəzifəsinin icrasına başlayan İsveçin baş naziri Ulf Kristersson bildirib: “İndiyə qədər hər addımı əl-ələ vermişik və heç birimizin başqa ambisiyaları yoxdur. Yaxın vaxtlarda Ərdoğanla görüşəcəyəm. Türkiyənin İsveçin müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini təsdiqləmək istəməsi tamamilə qanunidir”.
İsveçin “Aftonbladet” qəzeti mənbələrə istinadən yazıb ki, Türkiyə Kristerssonu Ankarada, ehtimal ki, noyabrın 8-də keçiriləcək ikitərəfli görüşə dəvət edib.Sfera.az
Follow @7timesaz