Naxçıvan şəhərində güclü yağış yağması bir sıra fəsadlara səbəb olub.
Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən 7Times.az – a məlumat verilib.
Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində intensiv yağışlar nəticəsində bir neçə fərdi yaşayış evlərinin, yaşayış və inzibati binaların zirzəmilərini subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında əraziyə cəlb olunmuş Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilir.
Hal-hazırda suyun çəkilərək kənarlaşdırılması davam etdirilir.
Follow @7timesaz