Ölkə

Nazirin səfir olduğu dönəmdə pozuntularla bağlı DTX-ya müraciət edildi

Nazirin səfir olduğu dönəmdə pozuntularla bağlı DTX-ya müraciət edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Maliyyə Nazirliyi 30 dekabr 2014-cü il tarixdən 1 oktyabr 2021-ci il tarixinə qədərki dövr üçün apardığı yoxlamalar zamanı maliyyə mənimsənilməsi ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi ilə bağlı DTX-ya müraciət edib.
Qaynarinfo-nun məlumatına görə, həmin illər ərzində Azərbaycanın Almaniyadakı səfirləri Pərviş Şahbazov və Ramin Həsənov olub.
Belə ki, 2005-ci ilin avqust ayından 2016-cı ilin sentyabrına qədər Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri Pərviz Oqtay oğlu Şahbazov olub. O, 12 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının energetika naziri təyin edilib.

7 sentyabr 2016-cı il tarixində Ramin Müzəffər oğlu Həsənov Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Bu vəzifəsindən azad edildikdən sonra – 19 avqust 2022-ci ildən Azərbaycanın Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiridir. O, 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr idarəsinin rəisi vəzifəsinə təyin olunub və 2016-cı ilə qədər bu vəzifədə fəaliyyət göstərib.
Qeyd edək ki, Maliyyə Nazirliyi Azərbaycanın Almaniyadakı Səfirliyinin 30 dekabr 2014-cü il tarixdən 01 oktyabr 2021-ci il tarixinə qədərki dövrdə maliyyə-təsərrüfat fəaliyyətininin təftişi zamanı bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi halları müəyyənləşib. Məlumata görə, aşkar edilmiş maliyyə pozuntularının ciddiliyi nəzərəalınaraq təqsirkar vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədilə yoxlama materialı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edilib.