Ölkə

Nazirlik müəllimlərin işə qəbulu ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Nazirlik müəllimlərin işə qəbulu ilə bağlı XƏBƏRDARLIQ ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama yayıb.

 

Qurumun mətbuat katibi Cəsarət Valehov Sfera.az-a bildirib ki, nazirlik müəllimlərin işə qəbulu və sertifikasiya prosesi ilə bağlı heç bir şirkət və ya tədris mərkəzi ilə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.”Vətəndaşlara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd müəllimlərin işə qəbulu və sertifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır. Belə hallarla qarşılaşan vətəndaşlardan Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-3 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (//edu.gov.az/az/contact_us) və rəsmi “Whatsapp” xidmətinə (0512067848) müraciət etmələri xahiş olunur”, – deyə qurum rəsmisi qeyd edib.