Ölkə

Niyazoba kəndində növbəti səyyar qəbul keçirilib – FOTOLAR

Niyazoba kəndində növbəti səyyar qəbul keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Niyazoba kəndində növbəti səyyar qəbulunu keçirib.
Səyyar qəbulda Niyazoba İnzibati Ərazi Dairəsi üzrə nümayədəliyinə daxil olan Niyazoba, Əbilyataq, Qarabağlı, Ağçay və Qarğalıq kəndlərinin sakinləri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.