Quba

Noyabrın 16-da şəhid olan qəhrəmanımız nəşi Quba şəhərinə gətirildi

Noyabrın 16-da şəhid olan qəhrəmanımız nəşi Quba şəhərinə gətirildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NNoyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən toqquşmalar zamanı Azərbaycan ordusunun şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş gizir Cabbarov Orxan Hətəm oğlu doğulduğu Quba rayonuna gətirilib.

7times.az  xəbər verir ki, şəhidlə vida mərasimi doğulduğu Davudoba kəndində keçiriləcək. Daha sonra gizir Quba şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.

Bildirək ki, Gizir Cabbarov Orxan Hətəm oğlu 1994-cü ildə Davudoba kəndində anadan olub.

Qəhrəman igidimiz subay idi.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun yeddi hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 hərbçimiz yaralanıb.

/Oxu.az