“2005-ci ildə Elza Seyidcahanın proqramı var idi. Mən prodüser kimi çalışırdım. Verilişə Gülyaz və Gülyanaq Məmmədova bacıları gəlmişdi. Qəfildən səs-küy düşdü. Dedilər ki, Elza xanımın mənə aldığı maşını oğlu Ələkbər aparıb çırpıb Gülyanaq xanımın avtomobilinə”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Nazim Məmmədov “Həmin Zaur” verilişində deyib. O, Əməkdar artist Elza Seyidcahanın ona maşın aldığını açıqlayıb:
“Özümün “011” maşınım var idi, Elza xanımı gəzdirirdim, bir dost kimi. Elza xanım yaxşı maşında gəzmək istəyirdi. Ona görə də mənim üçün ilkin ödəniş edib kreditə “2107” markalı maşın götürdü. Kreditin davamını özüm ödəmişdim”.
Follow @7timesaz