Maqazin

Oksana Ziyanı təbrik etdi – “Ən əsası özəlsən”

Oksana Ziyanı təbrik etdi – “Ən əsası özəlsən”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisa Oksana Rəsulova həmkarı Ziya Ağanın doğum gününü təbrik edib.

OLAY yazır ki, bu barədə o, sosial media hesabında post paylaşıb:

“Dəyərlisən, Ziya. Nə yaxşı ki, səni tanıdım. Həm dost kimi, həm sənət yoldaşı kimi, həm xətri əziz olan insan kimi. Uğurlarımız, gələcək planlarımız, işlərimiz xeyirli olsun, çin olsun. Sən başqasan, peşəkarsan, sənətkarsan və ən əsası özəlsən. Allah səni, ailəni qorusun. Sən yarat, Ziya, həm həyatda, həm səhnədə, həm də ekranda”.

Qeyd edək ki, Oksana və Ziya bir neçə dəfə tərəf müqabili olublar. Onlar “Geri dönənlər” filmi, “Sara” serialı və teatr tamaşalarında birgə rol alıblar.