Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçını bosniya və herseqovinalı hakim İrfan Pelito idarə edəcək.
“SAVAŞ” xəbər verir ki, o, bu mövsüm ikinci dəfə Ağdam klubunun matçında fit çalacaq.
Pelito bundan öncə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Sürix” matçında hakimlik edib. Bosniya və herseqovinalı referi həmin qarşılaşmada qalmaqallı qərarı ilə yadda qalıb.
O, qarşılaşmanın ikinci hissəsində “Sürix”in ofsayddan vurduğu qolu qeydə alıb.