Aktual

“Ona qalsa, narkotik satanları məndən çox lənətləyən yoxdur” – Rüfət Nasosnudan məlum qətlə MÜNASİBƏT

“Ona qalsa, narkotik satanları məndən çox lənətləyən yoxdur” – Rüfət Nasosnudan məlum qətlə MÜNASİBƏTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış meyxanaçı Rəşad Dağlının bu gün səhər saatlarında Lökbatandakı qonşusu 43 yaşlı İsgəndər Mehdiyevi qətlə yetirməsi hər kəsi sözün əsl mənasında şoka salıb. Hadisənin başvermə səbəbləri  sosial şəbəkələrdə və mediada geniş müzakirə mövzusuna çevrilib. Rəşad Dağlının bir müddət öncə narkotacirlər haqqında dediyi meyxananın hadisəyə rəvac verdiyi haqda fikirlər səsləndirilib. Şairin sənət dostları da meyxanaçının belə bir ağır cinayət törətməsinə səssiz qalmayaraq öz münasibətlərini bildiriblər.

Məsələ ilə bağlı KONKRET.az-a danışan tanınmış meyxanaçı Rüfət Nasosnu belə bir hərəkətin hər kəsi təəccübləndirdiyini deyib: “Rəşad Dağlını hansı səviyyədə bezdiriblər ki, o da belə bir hadisəni törədib. Deyilənə görə, qətlə yetirilən şəxs iki-üç gün ərzində onu çox narahat edib. Həmin şəxs Ələkbər Yasamallının bibisi oğlu olsa da, onun bu işə heç bir aidiyyəti yoxdur. Ələkbər hazırda Almaniyada müalicədədir. Rəşad Dağlının narkobaronlar haqda dediyi meyxananın bu qətlin törədilməsindəki roluna isə inanmıram. Ona qalsa, narkotik satanları məndən çox lənətləyən yoxdur. Heç kim narkotik söhbətində ad çəkmir, sadəcə olaraq ünvanlı meyxana deyilir və hamı öz payını götürür. Təkrar edirəm ki, həmin meyxanaya görə bu hadisənin baş verdiyinə inanmıram”.

Rüfət Nasosnu bildirib ki, Rəşadın aqressivliyi var idi: “Özü də vaxtilə narkotikdən istifadə edib və tərgidib. İnsanın keçmişini məhv edən narkotacirlərə heç kəs müsbət yanaşmır. Şəxsən mən özüm də narkotacirlərə ən alçaq adam kimi baxıram. Səhv özümdə olsa da, bunlar mənim ömrümü məhv ediblər. Odur ki, Allah Rəşadın köməyində dursun, tezliklə azadlıq nəsibi olsun”.