Siyasət

Ordumuz düşmən mövqelərinə zərbələr endirib – QARABAĞDA NƏ BAŞ VERİR?

Ordumuz düşmən mövqelərinə zərbələr endirib – QARABAĞDA NƏ BAŞ VERİR?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyi bu günlərdə mətbuata açıqlamasında Rusiya və Ermənistana açıq mesaj verdi. Beləki, açıqlamada 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılmasının təmin olunmadığı qeyd olundu.

Bəs görəsən Rusiya tərəfi bu açıqlamadan sonra erməni silahlı birləşmələrini ərazidən çıxaracaqmı?

Mövzu ilə bağlı Redaktor.azın suallarını politoloq  İlyas Hüseynov cavablayıb. O bildirib ki, Müdafiə Nazirliyinin 11 avqust tarixində verdiyi açıqlama mühüm əhəmiyyət kəsb edir:

“10 noyabr bəyanatının icrasında müəyyən çatışmazlıqların olduğu dəfələrlə bildirilib. Müdafiə Nazirliyi rəsmi şəkildə bildirmiş oldu ki, bu bəyanata uyğun olaraq Ermənistan ordusunun qalıqlarının Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb. Qeyd olunan məsələ bəyanatın 4-cü bəndində öz əksini tapıb. Rusiya sülhmərmalılarının bölgəyə yerləşdirilməsinə paralel olaraq Ermənistan silahlı birləşmələri bölgəni tərk etməli idi. Təəssüflər olsun ki, onlar hələ də ərazilərimizi tərk emtəyib və regionda gərginliyin artmasına səbəb olur”.

İ.Hüseynov bildirib ki, Kəlbəcər və Laçın ərazilərində yaranan gərginlikdə Ermənistan tərəfi məsuliyyət daşıyır:

“Ermənistan bu addımı bilərəkdən, bölgədə kommunikasiya və nəqliyat xətlərinin açılmasına mane olmaq üçün atır. Aktiv hücum əməliyyatları olmasa da, gərginliyin saxlanılması Ermənistanın xeyrinə işləyir. Yeni seçilmiş müdafiə naziri də kəskin ritorik çıxışları ilə fərqlənir. Ermənistanın sabiq müdafiə naziri də yeni ərazilər üçün yeni müharibə iddiası səsləndirmişdi. Azərbaycan ordusu lazımi bütün tədbirləri görür. Əsas məsələ Rusiya sülhmərmamlı qüvvələrinin Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin yerləşməsinə son qoymasıdır. Faktlar onu deməyə əsas verir ki, sülhməramlılar öz məsuliyyətindən kənara çıxır. Müvəqqəti olaraq Azərbaycan ərazisinə yerləşdirilən sülhməramlılar bölgədə gərginliyin artmasına yol verməməlidir”.

Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, Rusiya Müdafiə Nazirliyinin Qarabağda baş verənlərlə bağlı məlumatı Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq təxribatdır:

Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatından çıxarış: “Avqustun 11-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağın silahlı birləşmələrinin mövqelərinə zərbələr endirib, xəsarət alan yoxdur, hadisə ilə bağlı araşdırma aparılır”

“Bu informasiya iki kontekstdə diqqət çəkir: Birincisi, Azərbaycan Ordusu Qarabağda qanunsuz erməni silahlı qruplaşmalarının möhkəmlənməsinə qarşı hərbi müstəvidə addımlarını atır və erməni qoşunları çıxarılmayana qədər bu addımlar davam edəcək: Azərbaycan Müdafiə Nazirliyinin rus sülhməramlılarına xəbərdarlığı, ardınca Xarici İşlər Nazirliyinin Ermənistan XİN-ə cavabında qeyd olunan məqamlar rəsmi Bakının 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasında israr etdiyini təsdiqləyir;

İkincisi, Rusiya Müdafiə Nazirliyi Azərbaycan suverenliyinə qarşı təhdid irəli sürür: İyulun 6-da erməni terrorçuların Şuşa istiqamətində atəş açması ilə bağlı məlumatda Rusiya MN, “Ermənistan və Azərbaycan tərəfləri” qeydi ilə Azərbaycan sərhədləri daxilində İrəvanı tərəf kimi göstərirdi, indi isə bir qədər də irəli gedərək, “Dağlıq Qarabağı”, Xankəndidəki terrorçu rejimi tərəf kimi göstərir; Rəsmi Moskvadan hərbi rəhbərliyinin bu təxribatı ilə bağlı cavab tələb olunmalıdır”.

 Redaktor.az