Sağlamlıq

Ötən il səhiyyə sahəsinə ayrılmış vəsaitin sərf olunduğu istiqamətlər açıqlanıb

Ötən il səhiyyə sahəsinə ayrılmış vəsaitin sərf olunduğu istiqamətlər açıqlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci il üzrə dövlət büdcəsindən səhiyyəyə ayrılmış 165,8 mln. manat vəsaitin 13,9 mln. manatı səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramlarının icrasına sərf edilib.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə həmçinin qeyd edilib ki, yoluxucu xəstəliklərin immuno-profilaktikasına dair tədbirlərin maliyyə təminatı ilə bağlı xərclər 6,8 mln. manat, İİV/QİÇS-lə mübarizə tədbirlərinin maliyyə təminatı ilə bağlı xərclər 6,0 mln. manat, böyrək transplantasiyasının həyata keçirilməsi ilə əlaqədar xroniki böyrək çatışmazlığı üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı xərclər 0,5 mln. manat təşkil edib.

Eyni zamanda, qeyd edilib ki, 2022-ci ildə ilk dəfə uşaqlarda kistoz-fibroz genetik xəstəliyi ilə mübarizə tədbirlərinin maliyyə təminatı ilə bağlı xərclər üçün dövlət büdcəsində 0,6 mln. manat vəsait nəzərdə tutulub.