Aktual

“Öz liderini bir şilləyə satan adamın sözünə nə münasibət bildirəcəm…”

“Öz liderini bir şilləyə satan adamın sözünə nə münasibət bildirəcəm…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“O kimdir ki, mən onun sözünə münasibət bildirəm”.

7Times.az moderator-a istinadla xəbər verir ki, bunu AMİP lideri Etibar Məmmədov bildirib.

Xatırladaq ki, Ümid Partiyasının sədri İqbal Ağazadə “Qaynarinfo”ya açıqlamasında AMİP lideri Etibar Məmmədovun guya koalisiya yaratması və rəhbərlik etdiyi partiyanın da orada yer alması ilə bağlı yayılmış müzakirələrə münasibət bildirərkən belə deyib:

“Etibar Məmmədov mənim üçün 1988-1990-cı illər xalq hərəkatında və AMİP-in rəhbəri olmuş bir adamdır, tarixdir, bitib, vəsaalam. Etibar Məmmədov yeni tarixdə nə gəzir? İndi 2022-ci il – yeni dövrdür. Bu dövrdə Etibar Məmmədov yoxdur. Bitib, çıxıb gedib”.

“Ümid rəhbərinin bu fikirlərinə münasibətiniz necədir” sualını AMİP lideri bu cür cavablandırıb:

“Deyib deyib də… İndi mən nə etməliyəm… O kimdir ki, mən onun sözünə münasibət bildirəm. Öz liderini bir şilləyə satan adamın sözünə nə münasibət bildirəcəm…”