Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
7times.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu il qeyd edilən Respublika Günü İkinci Qarabağ müharibəsində qazanılan önəmli Qələbədən və işğal altındakı ərazilərin azad edilməsindən sonra Azərbaycan xalqı üçün xüsusilə əlamətdardır.
Pakistan qardaş Azərbaycanın yanında olmasından qürur duyur və ölkənizin hər cür təcavüzə qarşı özünümüdafiə hüququnu dəstəkləməkdə davam edəcək.
Zati-aliləri, əminəm ki, mövcud olan yüksək səviyyəli əlaqələrimizin bundan sonra daha da inkişaf etdirilməsi üçün Sizinlə yaxından əməkdaşlıq edəcəyik.
Bu xoş fürsətdən istifadə edərək Azərbaycanın beynəlxalq forumlarda Pakistana verdiyi dəstəyi yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına davamlı inkişaf və fıravanlıq diləyirəm.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.
Follow @7timesaz