Bu gün Azərbaycanla Pakistan arasında diplomatik əlaqələrin yaranmasının 30-cu ildönümüdür. Bu münasibətlə Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye təbrik yazıb.
Diplomat bu günün, həqiqətən, tarixi olduğunu bildirib.
“Pakistan və Azərbaycan xalqını təbrik edirəm. Qardaş kimi birlikdə hərəkət edirik”, – deyə o, özünün “Twitter” hesabında yazıb.
Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyun ayının 9-da qurulub. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb.
Follow @7timesaz