Azərbaycan bölgədə kommunikasiyaların açılması nəticəsində Naxçıvanla dəmir yolu və avtomobil əlaqəsi əldə edəcək.
7times.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin sammitində çıxışı zamanı səsləndirib. O bildirib ki, Ermənistan isə Rusiya və İrana gedən yolları alacaq.
Paşinyan əlavə edib ki, Ermənistan qalan mina sahələrinin xəritələrini Azərbaycana verməyə hazırdır və bunu humanitar aksiya hesab edir: “Bunun müqabilində isə biz istəyirik ki, Azərbaycan bütün əsirləri və məhbusları geri qaytarsın” – deyə Paşinyan vurğulayıb.
Paşinyan Azərbaycanla-Ermənistan arasında sülh sazişinin imzalanması üçün danışıqların ATƏT -in Minsk qrupu çərçivəsində baş tuta biləcəyini diqqətə çatdırıb. O bildirib ki, Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesində Rusiyanın dəstəyinə ümid edir./konkret.az