Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayenlə görüşüb.
APA-nın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, Paşinyan və Ceyms O’Brayen ikitərəfli əlaqələri, eyni zamanda, Azərbaycanla sülh razılaşması ətrafında aparılan danışıqları müzakirə edib.
Tərəflər həmçinin sərhədlərin Almatı bəyannaməsi əsasında delimitasiya və demarkasiyası ətrafında fikir mübadiləsi aparıb.
Görüşün daha bir müzakirə mövzusu isə “Sülh kəsişməsi” layihəsi və onun prinsipləri olub.
Follow @7timesaz