Manşet

Paşinyan kəndlərimizin əsl adlarını söylədi – Ermənistan ŞOKDA

Paşinyan kəndlərimizin əsl adlarını söylədi – Ermənistan ŞOKDAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün hökumətin iclasındakı çıxışı erməniləri sözün əsl mənasında şoka salıb.

7times.az milli.az-a istinadən xəbər verir ki, o, Zəngəzurdakı əzəli Azərbaycan kəndləri olan Eyvazlı və Çayzəminin adlarını ermənilərin indiyədək söylədikləri, yazdıqları təki “Karmrakar” və “Şurnux” kimi deməyib.

“Əminəm ki, Gorus-Qafan yolunun Eyvazlı və Çayzəmi kəndlərinin arasındakı hissəsinin açılması regional stabilliyə doğru addımların əla simvolu olardı”, – N.Paşinyan deyib.

O, daha sonra söyləyib ki, bölgədə dayanıqlı sülhün, əmin-amanlığın və stabiliyin bərpası ilə bağlı Türkiyədən müsbət siqnallar alıb: “Deməliyəm ki, Türkiyədən bəzi publik müsbət, nikbin siqnallar almışıq. Bu siqnalları dəyərləndiririk. Pozitiv siqnallara pozitiv siqnallarla cavab verəcəyik”.