Dünya

Paşinyan Moskvaya getdi

Paşinyan Moskvaya getdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə gedib.

 

7Times.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

 

O, Ümumdünya Atom Həftəsi forumunda iştirak edəcək.

 

Xarici iştirakçılar arasında Belarus prezidenti Aleksandr Lukaşenko, Myanma prezidenti vəzifəsini icra edən Min Aunq Hlainq, Efiopiyanın baş naziri Abiy Əhməd, MAQATE-nin baş direktoru Rafael Qrossi, həmçinin İran, Özbəkistan, Misir, Niger və beynəlxalq təşkilatların nümayəndələrinin olacağı gözlənilir.

 

Forumdan sonra Rusiya prezidenti Vladimir Putin xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirməyi planlaşdırır.