Dünya

Paşinyan müharibədə ölən erməni əsgərlərinin sayını açıqladı

Paşinyan müharibədə ölən erməni əsgərlərinin sayını açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfindən Qarabağ münaqişəsi zamanı (44 günlük müharibə – red) 3773 hərbçi ölüb”.

7Times.az  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün yeni parlamentin təqdim olunması zamanı parlamentdə çıxışında deyib.

Paşinyanın sözlərinə görə, daha 243 hərbçi müharibə vaxtı itkin düşüb.

Qeyd edək ki, Ermənistan tərəfinin yaydığı ən son rəsmi məlumatlarda ölkənin itkilərinin 3621 nəfər təşkil etdiyi bildirilirdi.