Siyasət

Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi – VİDEO

Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycanın ərazisi olduğunu etiraf edib.

7Times.az Trend-ə istinadən xəbər verir ki, hökumətin iclasında çıxış edən Paşinyan regionda kommunikasiyaların bərpası barədə danışarkən bildirib ki, bura Azərbaycanın qərb əraziləridir.
İclasın əvvəlində Paşinyan qonşu ölkələrlə münasibətlərin normallaşdırılması imkanları barədə danışıb. Daha sonra Azərbaycan, Rusiya və Ermənistanın kommunikasiyaların bərpası məsələsini müzakirə etdiyini deyən baş nazir vurğulayıb ki, bu məsələdə Ermənistan konkret nəticələrin əldə olunması üçün bütün səylərini ortaya qoymalıdır və Ermənistan başa düşür ki, Azərbaycan öz növbəsində öz qərb rayonları ilə Naxçıvan arasında kommunikasiyanın açılmasına ümid edir.

Bu sözlər, əlbəttə ki, bölgədəki yeni reallıqları qəbul etməyən ermənilər arasında kəskin reaksiyaya səbəb oldu. Beyinləri yalanla yuyulmuş və hipnoz olmuş qonşularımızın şüuru oyanmalı və anlamalıdır ki, nə qədər tarixi saxtalaşdırmalar, satın alınmış ekspert və politoloq rəyi, feyk xəbərlər yaysalar da, həqiqət hər zaman üzə çıxır. Qarabağ Azərbaycandır! Heç vaxt heç bir “artsax” olmayıb. Biz bu məsələdə haqlı olduğumuzu bütün dünyaya sübut etdik. İndi Ermənistan rəhbərliyi də bu faktı qəbul etdi.