“Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi ilə bağlı Brüssel formatının uğurlu olacağı gözlənilmir”.
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan yekun sülh müqaviləsinə imza atmaq istəmir:
“Ermənistan cəmiyyəti və Rusiya Nikolu Azərbaycanla sülh müqaviləsi bağladığına görə cəzalandıra bilər. Ona görə də Paşinyan sülh müqaviləsi üzrə danışıqlarda əlavə şərtlər irəli sürür. Lakin bundan sonra Paşinyanla bu sülh danışıqıqları real görünmür. Sülh müqaviləsi hazır olarsa, Paşinyan özü yox, komandasından bir nəfəri önə çıxarıb, imzanı ona atdıra bilər. Ümumiyyətlə isə Ermənistan danışıqlarla deyil, növbəti hərbi güc tətbiqi ilə sülh müqviləsinə gedə bilər”.
Ekspert əlavə edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülhdə maraqlıdır, amma erməni lobbisinin təsiri ilə buna getmir:
“Fikrimcə, Azərbaycan Qarabağda silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirəcək və Zəngəzur dəhlizinin açılması istiqamətində proseslərə start verəcək. Qarabağdakı separtaçılara gəldikdə isə üç ildən sonra Rusiya sülhməramlı qüvvələri çıxacaq və Azərbaycan Xankəndiyə nəzarəti bərpa edəcək. Prezident İlham Əliyevin iki strateji planı var: Beynəlxalq layihə olan “Zəngəzur dəhlizi”ni açmaq və Xankəndidə separatizmə son qoyub, burada nəzarəti bərpa etmək. Hər iki istiqamətdə irəliləyişlərə nail olmaq mümkündür, əlverişli geosiyasi mühit Azərbaycanın leyhinə dəyişir”,
Follow @7timesaz