Ermənistanın baş naziri Nikol Paşinyan öz “Twitter” hesabında Brüsseldə keçirilən görüşdə dəmir yolunun yenidən açılmasına dair razılaşmalar barədə yazıb.
7Times.az “Unikal”-a istinadən xəbər verir ki, Paşinyan öz postunda Prezident İlham Əliyevi və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeli etiketləyib.
“Üçtərəfli görüş zamanı hökumətlərarası qəbul edilmiş sərhəd-gömrük qaydalarına əsaslanaraq, qarşılıqlı əsasda, ölkələrin suverenliyi altında dəmir yolunun yenidən işə salınması barədə razılığı təsdiqlədik. Ermənistan Rusiya və İrana dəmir yolu çıxışı əldə edəcək”, – deyə Nikol Paşinyan üç ölkənin adının əvəzinə bayraqları qeyd edib.