Region

Paşinyan yenə baş qərargah rəisinin istefası təklifini prezidentə göndərdi

Paşinyan yenə baş qərargah rəisinin istefası təklifini prezidentə göndərdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Silahlı Qüvvələrin baş qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi növbəti dəfə ölkə prezidenti Armen Sarqsyana göndərəcək.

7times.az xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində yazıb.

“Prezident baş nazir aparatına baş qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi geri göndərmək barədə qərar qəbul etdi. Bu addım yaranmış vəziyyətin həllinə imkan yaratmır. Mən sənədin lazımi qaydada imzalanacağını gözləməklə yenidən baş qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi prezidentə göndərirəm”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Ermənistan prezidenti Armen Sarqsyan Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarıb. Layihənin ölkə konstitusiyasına zidd olduğu açıqlanıb. Bu addım hökumət rəsmiləri, parlament və qeyri-parlament qüvvələri, silahlı qüvvələrin ali komandir heyəti ilə, aparıcı hüquqşünas və müstəqil ekspertlərlə müzakirə edildikdən sonra atılıb. (report)