Region

Paşinyana etirazlardan sonra Mehri meri saxlanıldı

Paşinyana etirazlardan sonra Mehri meri saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mehri bələdiyyə başçısı Mxitar Zakaryan hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən polis bölməsinə aparılıb.

7times.az xəbər verir ki, bu barədə Zakaryanın vəkili Qayane Papoyan öz feysbuk səhifəsində məlumat verib.

Vəkil qeyd edib ki, Mehri bələdiyyə başçısının hansı polis bölməsinə aparıldığı barədə dəqiq məlumat yoxdur.

“İndi onun hara aparıldığı barədə dəqiq məlumatımız yoxdur. Əvvəlcə onun Mehri polis bölməsinə, daha sonra Qafana aparıldığını dedilər. İndi də bir neçə polis avtobusunun müşayiəti ilə İrəvana aparıldığı barədə məlumatlar var”,- deyə Papoyan qeyd edib.

Xatırladaq ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin cənubuna səfəri etirazlarla müşayiət olunub. Syunik bölgəsinin Əkərək kəndində Paşinyan “Nikol vətən xainidir”, “Nikol, get!” şüarları ilə qarşılanıb.

Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma yaşanıb. Kəndi tərk etməyə məcbur qalan Paşinyan Mehri və Kəcəranı ziyarət etməkdən də imtina etməli olub. Paşinyan təhlükəsizlik qüvvələrinin rəhbərlərinə Mehri və Əkərək şəhərlərindəki etirazların təşkilatçılarını cəzalandırmağı tapşırıb. qafqazinfo.az