Siyasət

Paşinyandan müsahibə alan BBC jurnalisti İlham Əliyevə də təklif göndərdi – FOTO

"Dünyanın hər iki tərəfi eşitməyə ehtiyacı var".

Paşinyandan müsahibə alan BBC jurnalisti İlham Əliyevə də təklif göndərdi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BBC-də yayımlanan sual-cavab məzmunlu “Hardtalk” verilişinin aparıcısı Stepan Sakurun Ermənistan Baş naziri Nikol Paşinyandan aldığı müsahibə haqqında xəbər vermişdik.

7times.az yeniavaz.com-a istinadən xəbər verir ki, S. Sakur “Twitter” vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevdən də müsahibə almaq istədiyini bildirib. O həmçinin suallara ölkə rəsmilərindən hər hansı birinin də cavab verə biləcəyini qeyd edib:

“Ermənistan baş naziri Nikol Paşinyanla olan müsahibəm həm Ermənistan həm də Azərbaycan tərəfində qeyri-adi rezonans doğurub. Dünyanın hər iki tərəfi eşitməyə ehtiyacı var. Bəs siz necə fikirləşirsiniz, cənab Prezident? Ya da rəsmi Bakıdan hər hansı yüksək vəzifəli şəxs”.