Siyasət

“Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa layiq deyil” – XİN

“Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa layiq deyil” – XİNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistan baş naziri Nikol Paşinyanın ölkə parlamentində söylədiklərini şərh edib.

Nazirliyin Mətbuat xidməti idarəsindən 7times.az-a bildirilib ki, aprelin 14-də Ermənistan Parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb:

“N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.

Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

“ Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda.”