Dünya

Pentaqon Ukraynaya uzaqmənzilli raketlərin verilməsinə qarşıdır

Pentaqon Ukraynaya uzaqmənzilli raketlərin verilməsinə qarşıdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Co Bayden administrasiyası Rusiyanın təhlükəli reaksiyasına səbəb ola biləcəyi səbəbi ilə Ukraynaya daha uzun mənzilli raketlər verməkdən çəkinir.
7Times.az  Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “NBC News” kanalı məlumat yayıb. Xəbərdə Pentaqonun yüksək rütbəli rəsmilərinin bu ideyaya qarşı çıxdığı bildirlir.
Gələn informasiyalara görə, Ukraynaya taktiki raket sistemləri (ATACM) kimi tanınan daha uzun mənzilli raketlər verməməyi tövsiyə edən Müdafiə Nazirliyinin nümayəndələri, raketlərin Rusiya ərazisindəki hədəflərə qarşı istifadə oluna biləcəyi və potensial olaraq Rusiya ilə daha böyük müharibəyə gətirib çıxaracağı ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Xəbər verildiyi kimi, bu həftənin cümə axşamı Bayden administrasiyası artilleriya mərmiləri, minalar və daha yüksək mobil artilleriya raket sistemləri də daxil olmaqla, Ukraynaya 600 milyon dollarlıq böyük hərbi yardım paketi təqdim edəcəyini bildirib. Amma yardıma indiyədək Ukraynaya çatdırılan artilleriya və raket sistemlərindən daha uzun məsafəyə malik ATACM raketləri daxil deyil.
Hər iki partiyanın bir sıra qanunvericiləri Ukraynanın 300 kilometrə qədər və ya təqribən 185 mil mənzilli raketlər tələbini dəstəkləyir. Bununla belə, Bayden administrasiyası keçən ay Ukraynanın daha uzunmənzilli ATACM-lara ehtiyacı olmadığını bildirərək, digər, yəni daha qısa mənzilli raket və mərmilərin Rusiya qüvvələrinə qarşı effektivliyinin sübuta yetirildiyini bildirib.
Hələ bu həftənin çərşənbə axşamı prezident Co Bayden, “Ukraynaya Rusiyanı vura biləcək raket sistemləri göndərməyəcəyik” cümləsini işlətmişdi.
BU həftəin cümə günü isə yüksək rütbəli ABŞ rəsmisi uzunmənzilli raketlərlə bağlı sualı cavablandırarkən “Hazırda bununla heç bir müzakirə aparılmır” deyib.
Lakin o, gələcəkdə döyüş meydanının dinamikasının dəyişə biləcəyini və “ehtiyac yaranması halında hərbi yardım növlərinin də dəyişəcəyini” istisna etmədiklərini vurğulayıb.