Dünya

Polşa ABŞ-ın nüvə silahlarına ev sahibliyi etməyə hazırdır

Polşa ABŞ-ın nüvə silahlarına ev sahibliyi etməyə hazırdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa ABŞ-ın nüvə silahlarına ev sahibliyi etməyə hazırdır.

 

7Times.az  NEXTA-ya istinadən xəbər verir ki, bunu ölkə prezidenti Anjey Duda deyib.

 

“Rusiya getdikcə Kalininqrad bölgəsini hərbiləşdirir. Bu yaxınlarda nüvə silahlarını Belarusa köçürüb. Əgər müttəfiqlərimiz tərəfindən NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirmək üçün ərazimizdə Nüvə Paylaşımı çərçivəsində nüvə silahı yerləşdirmək qərarı olsa, biz buna hazırıq”, – deyə Duda bildirib.

 

O qeyd edib ki, Amerika nüvə silahlarının Polşada yerləşdirilməsi uzun müddətdir ki, Vaşinqtonla danışıqların mövzusu olub.