Ölkə

Polşa Prezidenti Azərbaycana səfər edəcək

Polşa Prezidenti Azərbaycana səfər edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Prezidenti Anjey Duda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrda Azərbaycana səfər edəcək.

Bunu “Report”a müsahibəsində Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Polşa səfiri Rafal Poborski deyib.

“Biz Polşanın COP29-da ən yüksək səviyyədə iştirakından danışırıq, belə ki, Prezidentimiz Anjey Dudanın nümayəndə heyəti ilə səfərinə hazırlaşırıq. Əlbəttə ki, konfransda Polşanın İqlim və Ətraf Mühit Nazirliyinin nümayəndə heyəti də təmsil olunacaq. Bu, COP29-da müzakirə olunacaq məsələlərə görə məsul olan müvafiq nazirlikdir. Beləliklə, Polşanın konfransda iştirakı maksimum tam olacaq”, – o bildirib.

Diplomat vurğulayıb ki, Prezident Dudanın Azərbaycana səfəri həm də ölkə Prezidenti İlham Əliyevlə ikitərəfli görüş üçün fürsət olacaq.