Ölkə

Prezident Azərbaycanın Kahramanmaraşda tikinti aparması barədə sazişi təsdiqləyib

Prezident Azərbaycanın Kahramanmaraşda tikinti aparması barədə sazişi təsdiqləyibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması ilə bağlı saziş təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb.