Siyasət

Prezident diplomatik nümayəndəliklərlə bağlı bu fərmanı ləğv etdi

Prezident diplomatik nümayəndəliklərlə bağlı bu fərmanı ləğv etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsinin həyata keçirilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və “Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin yaradılması, onun Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Prezidentin Fərmanını ləğv edib.

7times.az xəbər verir ki, fərmana əsasən, “Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların fəaliyyətinin təmin edilməsi Qaydası” təsdiq edilib.

“Mühafizəsi zəruri hesab edilən Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının siyahısı” təsdiq edilib.

“Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin yaradılması, onun Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Prezidentin Fərmanı ləğv edilib.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.