Manşet

Prezident dövlət büdcəsi haqqında qanuna dəyişikliyi təsdiqlədi

Prezident dövlət büdcəsi haqqında qanuna dəyişikliyi təsdiqlədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.

7Times.Az xəbər verir ki, dəyişikliklər aşağıdakı kimidir:

Maddə 1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1886) aşağıdakı dəyişikliklər edilir:

1.1. 1-ci və 2-ci maddələr aşağıdakı redaksiyada verilir:

“Maddə 1. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 124 000,0 min manat, xərcləri 27 492 200,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23 359 465,0 min manat, yerli gəlirləri 764 535,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26 677 330,0 min manat, yerli xərcləri 814 870,0 min manat) məbləğində təsdiq edilir.

Maddə 2. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulur:

1.2. 3-cü maddə üzrə:

1.2.1. 3.1-ci maddədə “322 000,0” rəqəmləri “300 000,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.2. 3.1.2-ci maddədə “7 000,0” rəqəmləri “5 000,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.3. 3.1.4-cü maddədə “90 400,0” rəqəmləri “92 400,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.4. 3.1.7-ci maddə ləğv edilsin;

1.3. 7-ci, 9-cu və 11-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“Maddə 7. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

“Maddə 9. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 7.190.000.000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 112.600.000,0 manat, yerli xərclər 814.870.000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 6.312.865.000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 50.335.000,0 manat məbləğində təsdiq edilir.

“Maddə 11. Azərbaycan Respublikasının 2020-ci ildə dövlət daxili və xarici borclarına xidmətlərlə bağlı xərclərin yuxarı hədləri aşağıdakı kimi təsdiq edilsin:

1.4. 14-cü maddədə“2 760 200,0” rəqəmləri “3 368 200,0” rəqəmləri ilə əvəz edilsin;

1.5. 15-ci maddədə “29 488 124,0” rəqəmləri “30 308 342,2” rəqəmləri ilə əvəz edilsin;

1.6. 16-cı maddədə “14 320 200,0” rəqəmləri “15 778 200,0” rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1-ci maddəsində nəzərdə tutulan büdcə qaydasının tətbiqi 2022-ci ilin yanvarın 1-dək dayandırılır.