Prezident İlham Əliyev “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə fərman imzalayıb.
7Times.az fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 yanvar tarixli 283 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 2.2.23-cü yarımbəndində “Əmtəə, iş və xidmət bazarında inhisarçı olan” sözləri “Müvafiq bazarda hökmran mövqe tutan” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Dövlət müəssisəsini özəlləşdirmə komissiyasının fəaliyyəti haqqında Əsasnamə”nin 2.3-cü bəndinin ikinci abzasının ikinci cümləsində “inhisarçı təsərrüfat subyektinə aid olduqda” sözləri “müvafiq bazarda hökmran mövqe tutduqda” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1110 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin 2.1.7-ci yarımbəndində “inhisarçı subyektlərin məhsullarının (iş və xidmətlərinin)” sözləri “məhsulların (iş və xidmətlərin)” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 dekabr tarixli 1905 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1415 (Cild I) ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”yə 5 nömrəli əlavə – “KOB klasterinin fəaliyyətində iştirak haqqında müqavilənin nümunəvi forması”nın 1.5-ci bəndində “antiinhisar” sözü “rəqabət” sözü ilə əvəz edilsin.
5. “İnhisarçı müəssisələrin və birliklərin məhsullarının (xidmətlərinin) qiymətlərinin (tariflərinin) dövlət tərəfindən tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 24 dekabr tarixli 377 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 24, maddə 1083; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ləğv edilsin.
6. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 2 dekabr tarixli 647 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 503 (Cild I) ləğv edilsin.
7. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq olunmasını təmin edən əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli 446 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 154 (Cild I) ləğv edilsin.
8. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1250-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 504 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 383 (Cild I) ləğv edilsin.
9. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1251-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 505 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 384 (Cild I) ləğv edilsin.
10. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1252-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 506 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 385 (Cild I) ləğv edilsin.
Follow @7timesaz