Prezident İlham Əliyev yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanı qəbul edib.
7times.az xəbər verir ki, dövlət katibi Jan Batist Lömuan dörd il əvvəl Azərbaycana səfərini və Bakıda Fransız-Azərbaycan Universiteti – UFAZ-ın yeni tədris binasının açılışında iştirakını məmnunluqla xatırladıb.
Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycan-Fransa əlaqələrinin gündəliyinə toxunulub.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Follow @7timesaz