Manşet

Prezident fransız aparıcının “Nə qədər türk dronunuz var?” sualına gülərək cavab verdi: “Kifayət qədərdir…”

Ölkə başçısı həmçinin bu dronlarla erməni ordusunun 1 milyard dollarlıq hərbi texnikasının məhv edildiyini bildirib.

Prezident fransız aparıcının “Nə qədər türk dronunuz var?” sualına gülərək cavab verdi: “Kifayət qədərdir…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin fransız kanalına verdiyi müsahibə zamanı aparıcıyla maraqlı dialoqu baş verib.

7times.az xəbər verir ki, erməni işğalçılarıyla Azərbaycan Ordusunun apardığı müharibədə böyük qələbələr qazanmaqda davam edirik. Bu müharibədə isə ölkəmizin qardaş Türkiyədən aldığı dronlarla hərbçilərimiz böyük üstünlüklər əldə edirlər. Təbii ki, qardaş Türkiyə bizə dəstək olduğunu bütün dünyaya açıq aşkar bəyan edib.

“France 24” kanalına danışan prezident, verdiyi müsahibəsində türk pilotsuz təyyarələrinin erməni hərbi birləşmələrinə böyük zərbələr vurduğunu bildirib. Aparıcının, “Neçə türk dronunuz var”-sualına isə prezident gülərək,“Kifayət qədər dronlarımız var. Hədəflərimizə çatmaq üçün bu məlumatların gizli saxlanması lazımdır. Açıqlamamağı üstün tuturuq”-deyə cavabında bildirib.

Ölkə başçısı həmçinin bu dronlarla erməni ordusunun 1 milyard dollarlıq hərbi texnikasının məhv edildiyini bildirib.