İqtisadiyyat

Prezident məcburi köçkünlərlə bağlı SƏRƏNCAM imzaladı

Prezident məcburi köçkünlərlə bağlı SƏRƏNCAM imzaladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

7times.az-ın məlumatına görə Sərəncamda qeyd edilir ki, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon (qırx iki milyon beş yüz min) manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.